“Real”ın futbolçuları Qaret Beyl və Dani Karvahal zədələrini sağaldıblar.
“As” qəzetinin yaydığı xəbərə görə, sözügedən oyunçular komanda ilə ümumi məşqlərə başlayıblar. Onların Çempionlar Liqasının finalında “Yuventus”la oyuna hazır olduqları bildirilib.
Qeyd edək ki, “Yuventus” – “Real” görüşü iyunun 3-ü keçiriləcək.