Dünya futbolu

Renat Dadaşov oynadı, komandası 15 qolla qalib gəldi

Millimizin üzvü Renat Dadaşovun formasını geyindiyi Almaniyanın “Ayntraxt” klubu yoxlama görüşü keçirib.

İdmanxeber.com-un məlumatına görə, Frankfurt təmsilçisi “Heftrix”lə qarşılaşıb və 15:0 hesablı qələbə qazanıb. Millimizin üzvü olan Dadaşov oyun 2-ci hissədə qoşulub. Renat oyunda qol vura bilməyib.

“Ayntraxt”ın ilk hissədəki start heyəti: Radeçki– Da Koşta, Russ, Knote, Okzipka – Medoyevic, Çetin – Besusçkov, Kamada, Blam – Haller.

İkini hissə: Herziq – Çandler, Abraham, Ordones, Tavata – Fernandes, Çetin – Rqota, Mandela, Yoviç – Dadaşov. 

“Ayntarxt” 15 – 0 “Heftrix”

Qollar: Haller, 4′, 18′, 25′, 28′, 39′, Okzipka, 35′, 44′, Blum, 38′, Yoviç, 47′, 52′, 73′, 74′, 81′, 84′, Rqota, 64′


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43