“Neftçi” təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, komanda “Şüvəlan”la qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçirilən görüş “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qola Daniel Seqoviya imza atıb.
Qeyd edək ki, “Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 21-də “Zirə” klubuna qarşı keçirəcək.