“France Football” “Qızıl top” mükafatına ilk 5 namizədin adını açıqlayıb.
FİFA “Qızıl top” mükafatının 5 namizədi açıqlanıb. Bunlar Serxio Aqüero , Qaret Beyl , Kərim Benzema , Alisson Bekker və Edinson Kavanidir.
İdmanxeber.az-ın məlumatına görə, futbol dünyasının ən nüfuzlu mükafatı üçün 30 futbolçu yarışacaq. Digər namizədlərin adları isə gün ərzində açıqlanacaq.
Qeyd edək ki, “Qızıl top”un qalibi dekabrın 3-də müəyyənləşəcək. Ötən mövsüm bu ada hazırda “Yuventus”da forma geyinən Kristiano Ronaldo layiq görülmüşdü.