Hazırda davam edən “Qarabağ” – “Neftçi” matçında ev sahibi komanda 2:0 irəlidədi.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu ikinci qolu vurduqdan sonra “ağ-qara”lı azarkeşlər “Neftçi” rəhbərliyini istefaya səsləyiblər. Onlar daha sonra klub prezidenti Kamran Quliyevin istefasını tələb ediblər.
Qeyd edək ki, “Neftçi”nin “Forza Neftçi” azad azarkeş qrupu klub rəhbərliyinin rüsvayçı idarəetməsindən şikayətlənərək, komandanın oyunlarını boykot edib.