“Qarabağ”ın sabiq üzvü Maqaye Qeye narkotik maddə qəbul etməkdə ittiham olunur.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə xəbəri Rumıniya mətbuatı yayıb.
Sözügedən ölkənin “Dinamo” klubunda çıxış edən hücumçunun “Styaua” ilə matçdan sonra qanında kokain aşkarlanıb.
Qeye 2019/2020 mövsümündə “Qarabağ”da çıxış edib. Hücumçu “köhlən atlar”ın heyətində 28 oyuna çıxıb və 8 qol vurub. O, 2020-ci ilin oktyabrında “Dinamo”ya keçib.