Kateqoriyasız

“Turan Tovuz”dan daha bir legioner transferi – RƏSMİ

“Turan Tovuz” heyətini daha bir futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, əyalət təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Piruzi Marakvelidzeni transfer edib. 27 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Son mövsümü “Telavi”də keçirən Marakvelidze Tbilisi “Dinamo”sunun yetirməsidir.

Yarımmüdafiəçi vətənində “Zestafoni”, “Merani” və “Liakvi”nin da formasını geyinib.

“Turan Tovuz” bu gün gürcüstanlı yarımmüdafiəçi İmeda Aşortianın da keçidini açıqlayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43