Milli komanda

AFFA millimizə rəqib tapdı

Azərbaycan milli komandasının mayın 23-dən iyunun 4-dək Avstriyada təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimiz mayın 29-da Makedoniya yığması ilə qarşılaşacaq.

Xatırladaq ki, komadamız hazırlıq prosesi çərçivəsində iyunun 3-də Kanada yığması ilə də yoldaşlıq oyunu keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43