Kateqoriyasız

AFFA-nın yeni prezidenti məlum oldu

Martın 11-də keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında assosiasiyanın yeni prezidentinin kimliyi müəyyən olacaq.

İdmanxeber.com-un məlumatına görə, seçkilərə 14 gün qalsa da, artıq indidən ölkənin ali futbol qurumuna kimin rəhbərlik edəcəyi məlumdu.

Söhbət AFFA-nın hazırkı rəhbəri Rövnəq Abdullayevdən gedir. Məsələ burasındadı ki, Abdullayevdən başqa heç kim prezident olmaq üçün namizədliyini irəli sürməyib.

Artıq namizədliyi irəli sürmək üçün qoyulan müddət də başa çatıb. Bu isə o deməkdi ki, Rövnəq bəy 3-cü dəfə assosiasiya prezident seçiləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43