Kateqoriyasız

AFFA VAR sistemi barədə FİFA ilə müzakirələr aparacaq

Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiq olunması ilə bağlı ilkin prosesə müvafiq protokollara uyğun olaraq start verilib.

Qarşıdakı günlərdə bununla əlaqədar FİFA ilə videokonfrans formatında görüş keçiriləcək və mövcud vəziyyət, həmçinin həyata keçiriləcək işlər müzakirə olunacaq.

VAR sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi barədə AFFA İcraiyyə Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin koronavirus pandemiyası ilə əlaqədar proses bir müddət təxirə salınmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43