İdman

Amit Quluzadə meydana buraxılmadı

Kosovo kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

İdmanxeber.com-un məlumatına görə, Amit Quluzadənin şərəfini qoruduğu “Drita” ilk matçını səfərdə keçirib. Quluzadənin komandası səfərdən sərfəli nəticə ilə qayıdıb – 1:0.

Qeyd edək ki, adı iştirak ərizəsinə daxil edilən Amitin yeni komandasında debütü gözlənilsə də, baş tutmayıb. Həmyerlimiz matçı əvvəldən axıradək ehtiyat oyunçular skamyasından izləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43