Kateqoriyasız

“Araz Naxçıvan” Türkiyədə ilk məşqə çıxdı

Yeni mövsümdən Topaz Premyer Liqasında çıxış edəcək "Araz Naxçıvan" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıb.

İdmanxeber.com  xəbər verir ki, ötən gün Ərzuruma yollanan "qırmızı-ağlar" "Palan" otelində məskunlaşıb.

Artıq Naxçıvan klubu qonşu ölkədə ilk məşqini keçirib. Baş məşqçi Əsgər Abdullayev ilk məşqdə daha çox toplu çalışmalara üstünlük verib.

Bu gündən etibarən komanda gündə iki dəfə olmaqla məşqlərinə davam edəcək. (klub saytı)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43