Dünyadan

Arda “Barselona”dan ayrılıb Burakın yanına gedir?

Transfer bazarında “at oynadan” Çin klublarının növbəti hədəfi “Barselona”da çıxış edən Arda Turandı.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə millisinin də şərəfini qoruyan futbolçu Çinin “Bejinq Quan” klubundan cəlbedici təklif alıb. 

5 illik müqavilə üçün 100 milyon avroluq təklif alan Arda “Barselona”dan ayrılmaq istəmir. Bu barədə futbolçunun meneceri Ahmet Bulut bildirib. O, qeyd edib ki, Arda “Barselona” ilə olan müqaviləsini 2020-ci ilə kimi davam etdirmək istəyir.

Qeyd edək ki, Ardanı transfer etmək istəyən Çin klubu bir neçə gün öncə Burak Yılmazı heyətinə qatmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43