Kateqoriyasız

Arif Əsədov: “İlk hissədə Almeyda bizim futbolçuya kəllə atdı”

Topaz Premyer Liqasının XV turunun mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçirildi.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ” – “Neftçi” görüşündə qapılara qol vurulmadı. Matçdan sonra “Neftçi”nin baş məşqçisi Arif Əsədov bu fikirləri səsləndirib:

"Turnir cədvəlində qonşu pillələrdə olan komandalar oynayırdı. Biz “Qarabağ”la xal fərqini azaltmaq istəyirdik. Maraqlı oyun oldu. “Qarabağ” həm çempionatda, həm də Avropa Liqasında sabit futbol sərgiləyir. Bu oyunda hər iki komandanın şansları oldu. Amma düşünürəm ki, oyunun ədalətli nəticəsi elə 0-0 idi. Hakim ciddi səhvlər etmədi. Sadəcə, ilk hissədə Almeyda bizim futbolçuya kəllə atdı. Amma ümumi götürsək, Əliyar Ağayevin ciddi səhvi olmadı”.(PFL)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43