Dünyadan

Arsen Venger açıqladı: Di Maria “Arsenal”ın qapısından dönüb

“Arsenal”ın baş məşqçisi Arsen Venger, hal-hazırda “Mançester Yunayted”də forma geyən Anxel Di Marianın 17 yaşındaykən transfer etmək üzrə olduqlarını ancaq razılaşmanın iş icazəsi maneəsinə ilişdiyini söylədi.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis jurnalistlərə açıqlamasında bunları deyib:

“Di Marianın 17 yaşındaykən kəşf etmişdim. Onu çox istədik amma əvvəl Portuqaliyaya, ardından da İspaniyaya getdi. Niyə mi? Çünki lazımlı iş icazəsini ala bilmədik. Yəni İngiltərəyə böyük pullar qarşılığında deyil, çox daha əvvəldən gələ bilərdi amma olmadı.”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43