Dünyadan

“Atletiko” “Latsio”nun futbolçusunu transfer etmək istəyir

İspaniyanın “Atletiko” klubu Lukas Biliyanı heyətinə qata bilər.

İdmanxeber.com-un məlumatına görə, İspaniya klubu hazırda argentinalı futbolçunun transferi üçün “Latsio” ilə danışıqlar aparır. “Atletiko” futbolçu üçün 3 milyon avro ödəməyə hazır olduğunu bildirib, lakin İtalia klubu hələ ki, bu məbləğlə razılaşmayıb.

Xatırladaq ki, yarımmüdafiəçi ilə “Selta”, “Valensiya” və “Atalanta” da yaxından maraqlıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43