Kateqoriyasız

Avropa Liqasında 1/8 finalın püşkü atıldı (YENİLƏNİB)

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

İdmanxeber.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb.

"Şaxtyor" (Ukrayna) – "Anderlext" (Belçika)
"Bazel" (İsveçrə) – "Sevilya" (İspaniya)
"Vilyarreal" (İspaniya) – "Bayer" (Almaniya)
"Atletik" (İspaniya) – "Valensiya" (İspaniya)
"Liverpul" (İngiltərə) – "Mançester Yunayted" (İngiltərə)
"Sparta" (Çexiya) – "Latsio" (Italiya)
"Borussiya" (Dortmund, Almaniya) – "Tottenhem" (İngiltərə)
"Fənərbaxça" (Türkiyə) – "Braqa" (Portuqaliya)

Qeyd  edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 10-da, cavab qarşılaşmaları isə 1 həftə sonra keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43