Ölkə futbolu

Azərbaycan kubokunda “Qarabağ” və “Neftçi”nin rəqibi müəyyənləşdi

Bu gün futbol üzrə Azərbaycan kubokunu 1/16 final mərhələsinin oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, “Lokomotiv” səfərdə MOİK-in, “Zirə” isə “Qaradağ Lökbatan”ın qonağı olub.

Bir oyundan ibarət olan mərhələdə “Qaradağ Lökbatan” və MOİK mərhələ adlayan tərəf olub. 

Qeyd edək ki, “Lokomotov”i məğlub edən MOİK 1/8 finalda “Qarabağ”la, “Zirə”yə qalib gələn “Qaradağ Lökbatan” isə “Neftçi” ilə qarşılaşacaq.

22 oktyabr

14:00. MOİK – “Lokomotiv” – 1:0

Qol: Röyal Nəcəfov, 53 (1:0)

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Vüsal Qənbərov, Səbuhi Soltanov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00

14:00. “Qaradağ Lökbatan” – “Zirə” – 1:0

Qol: Ramil Nuriyev, 16-pen (1:0)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, İsgəndər Əliyev, Xəlil Xəlilov

Bakı. “Dalğa Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43