Kateqoriyasız

Azərbaycan Premyer Liqasında qış transfer dövrü açıqlandı

Azərbaycan Premyer Liqasında qış transfer dövrü müəyyənləşib.

Peşəkar Futbol Liqasından Sportnet.az-a verilən məlumata görə, transfer “pəncərə”si yanvarın 5-də rəsmən açılacaq.

Gələn həftənin ilk günündən etibarən klublar heyətlərinə cəlb etdikləri futbolçuları fevralın 2-dək PFL-də qeydiyyatdan keçirə bilərlər.

Qeyd edək ki, artıq bir neçə klub yeni futbolçularla müqavilə bağlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43