Ölkə futbolu

Azərbaycan xal ehtiyatını artırdı

Dünən Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçirilən 9 matçdan sonra UEFA-nın reytinq siyahısında dəyişikliklər olub.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan xal ehtiyatını 0,125 əmsalla daha artırıb.

Buna səbəb “Qarabağ”ın səfərdə Çexiya çempionu “Viktoriya” ilə heç-heçə etməsidir.

Bununla da cari mövsüm əldə etdiyimiz xal 2,000-yə çatıb. Bunun 0,750-si “Qəbələ”nin hesabındadı, “Qarabağ” 0,500, “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb.

 

5 mövsümün nəticələrinə görə 15,500 xalı olan Azərbaycan əvvəlki kimi 24-cü pillədə qalıb. Lakin 23-cü olan Şotlandiya ilə xal fərqini 0,925-ə qədər azalıb. Ən yaxın izləyicimiz Kiprlə fərq 0,325-ə yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43