Ölkə futbolu

Azərbaycanlı futbolçu “Adanaspor”a keçir

“Kahramanmaraşspor”dan ayrıldıqdan sonra bir müddət klubsuz qalan azərbaycanlı futbolçu Murad Axundzadə yenidən Türkiyədə top qova bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, PTT birinci liqa təmsilçisi “Adanaspor” futbolçumuzun xidmətində maraqlıdır. Hazırda tərəflər arasında danışıqlar gedir. Bu barədə saytımıza Axundzadənin özü məlumat verib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43