Dünya futbolu

“Barselona” “Borussiya”nın hücumçusunu transfer edir

Dortmund “Borussiya”sının hücumçusu Usman Dembele “Barselona”nın maraq dairəsinə düşüb.

İdmanxeber.com-un məlumatına görə, Kataloniya klubu 19 yaşlı futbolçu ilə danışıqlar aparıb və mövsüm sonunda “Borussiya”ya transfer üçün təklif irəli sürəcək. Tərəflər arasında danışıqlar dekabr ayında baş tutub.  Xatırladaq ki, “Borussiya”nın Dembele ilə 2021-ci ilədək müqaviləsi var.

Qeyd edək ki, cari mövsüm Bundesliqada 23 oyun keçirən Dembele 6 qol vurub və 9 asist edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43