Dünyadan

“Barselona” “Real”ın sabiq futbolçusunu transfer edir

Məsu Özil karyerasını “Barselona”da davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri “Marca” yayıb. 

Məlumatda bildirilir ki, almaniyalıı futbolçu “Arsenal”da xoşbəxt deyil və London klubundan ayrılmaq istəyir. Məhz “Barselona” rəhbərliyi bu durumdan yararlanıb Özilin meneceri ilə danışıqlara başlayıb.

“Arsenal” da yarımmüdafiəçiyə yeni müqavilə təklif etməyə hazırlaşır. Hələlik türk əsilli futbolçu karyerası ilə bağlı qərar verməyib.

Qeyd edək ki, Özilin “Arsenal”dla 2018-ci ilə qədər müqaviləsi var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43