Dünya futbolu

“Barselona” Suareslə yeni müqavilə imzaladı

“Barselona” futbolçusu Luis Suareslə yeni müqavilə imzalayıb.

İdmanxeber.com-un məlumatına görə, uruqvaylı hücumçu ilə müqavilənin müddəti 2021-ci ilə qədər uzadılıb. Yeni müqaviləyə əsasən, Suaresin təzminat qiymətinin 200 milyon avro olduğu açıqlanıb.

Qeyd edək ki, L.Suares indiyə kimi “Barsa”da 116 rəsmi oyunda 97 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43