İdman

“Bavariya” “Real”ın oyunçusu üçün 42 milyon avro ödəyəcək

 “Bavariya” futbolçusu Xames Rodriqesin transfer hüququnu İspaniya “Real” Madridin əlindən alacaq.

İdmanxeber.com-un məlumatına görə, münhenlilər hazırda icarə əsasında xidmətindən yararlandıqları kolumbiyalı yarımmüdafiəçi üçün 42 milyon avro ödəyəcək.

26 yaşlı oyunçu cari mövsümdə “Bavariya”nın heyətində 18 çempionat matçında iştirak edib. O, 5 qol vurmaqla yanaşı, 9 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Real” 2014-cü ildə Fransanın “Monako” klubundan 80 milyon avroya transfer etdiyi Xames Rodrigesi ötən yay 13 milyon avro qarşılığında 2 il müddətinə “Bavariya”ya icarəyə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43