Premyer Liqa

“Bayıl Arena”da növbəti anormallıq – FOTO

"Bayıl Arena"da hal-hazırda davam edən "Rəvan" – "Xəzər Lənkəran" matçında ilk yarı sona yetdi. İdmanxeber.com-un məlumatına görə, maraqlıdır ki, matçın 20-ci dəqiqəsindən sonra əvəzlənmək üçün hazırlaşan və 4-cü hakimin qərarını gözləyən Dimitri Kruqlov bu istəyinə heç cür çata bilməyib. Belə ki, ilk yarının sonuna kimi estoniyalı futbolçu meydana çıxa bilməyib. Gah 4-cü hakimin hazır olmaması, gah da qoldan sonra baş məşqçi Güvənç Kurtarın qərarına görə o, heç cür yeni klubunda debüt edə bilmir. Futbolçunun ikinci yarıda meydana çıxması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43