Dünya futbolu

“Borussiya”da yeni müqavilə

Almaniyanın “Borussiya” klubunda yeni müqavilə imzalanıb.

Dortmund təmsilçisi qapıçı Roman Vaydenfellerlə sözləşmənin müddətini uzadıb. 36 yaşlı “əlcək sahibi” 2018-ci ilin iyun ayınadək Bundesliqa klubunun şərəfini qoruyacaq.

Təcrübəli qolkiper 2002-ci ildən “Borussiya”nın şərəfini qoruyur. O, dortmundluların heyətində meydana çıxdığı 340 matçda qapısında 374 qol görüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43