Kateqoriyasız

Bosniyadan “Qəbələ” üçün bəd xəbər

“Qəbələ”nin futbolçusu Ermin Zets Bosniya və Herseqovina milli komandasının düşərgəsində zədələnib.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, çiynindən zədə alan 27 yaşlı hücumçu “Avro-2016″nın qalan seçmə matçlarında yığmaya kömək edə bilməyəcək.

Eyni səbəbdən Sead Kolaşinats və Tino-Sven Suşiç də millidən kənarda qalıb. Hələlik onların yaşıl meydanlardan nə qədər uzaq qalacaqları bilinmir.

Qeyd edək ki, “Avro-2016″nın seçmə mərhələsində B qrupunda yer alan Bosniya və Herseqovina millisi oktyabrın 10-da evdə Uelslə, oktyabrın 13-də isə səfərdə Kiprlə qarşılaşacaq. Komandaya “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də çağırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43