Kateqoriyasız

“Buna etiraz edirdim” – Murad Musayev

Misli Premyer Liqasında VI turun “Qarabağ” – “Sabah” (4:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Uşaqlara göstərdikləri xarakterə görə təşəkkür edirəm. Oyunun böyük hissəsində azlıqda idik. Bu rəqibə qarşı oynamaq çətindir. Sona qədər oyun intizamını qorumağa çalışdıq.

– Hakimliklə bağlı nə deyə bilərsiz?
– Oyuna yenidən baxmaq lazımdır. Mübahisəli anlar var idi. 4-cü qoldan öncə top rəqibdən çıxmışdı. Amma autu bizə qarşı verdi. Buna etiraz edirdim. Epizodlara yenidən baxmaq lazımdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43