Kateqoriyasız

“Bütün diqqətimiz sabahkı oyundadır” – “Neftçi”nin oyunçusu

Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Rapid” (Vyana) oyunuöncəsi mətbuat konfransında “ağ-qaralar”ın futbolçusu Azər Salahlı jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, öncə sabahkı matç barədə fikirlərini bildirdi…

– Bizi ağır oyun gözləyir. Təcrübəli və yaxşı komandadır. Maksimum diqqətli olmalıyıq. Yaxşı oyun göstərib, qələbə qazanıb səfərə üstün yollanmaq istəyirik.

– Komandada ab-hava necədir?
– Çox yaxşıdır. Ötən oyunda yaxşı qələbə qazandıq. Amma artıq həmin matç tarix oldu. Bütün diqqətimiz sabahkı oyundadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43