Kateqoriyasız

Çexiya klubundan ayrılan futbolçu “Kəpəz”də – rəsmi

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə təmsilçisi Azərbaycanın U-21 yığmasının sabiq üzvü Fərid Nəbiyevi transfer edib.

23 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fərid Nəbiyev son olaraq, Çexiynanın “Viktoriya” (Jijkov) klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43