İdman

CÜDO: Cüdoçumuz yarımfinala vəsiqə qazandı

Polşanın Vroslav şəhərində 23 yaşadək cüdoçuların Avropa çempionatının sonuncu günündə ölkəmizin üç təmsilçisi tatami üzərinə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, 90 kq çəki dərəcəsində Firudin Dadaşov elə ilk görüşdə polşalı Patrik Çexomskiyə, Məmmədəli Mehdiyev isə İxar Juka məğlub olaraq mübarizədən kənar qalıblar.

100 kq-dan artıq çəki dərəcəsində Uşangi Kokauri əvvəlcə ukraynalı Andrey Kolesniki, sonra iki polşalı – Damyan Nasyadkoya və Kamil Qrabovskiyə qalib gələrək yarımfinala çıxıb. O, görüşlərinin hamısını ipponla erkən bitirib. Onun final yolunda rəqibi latviyalı Arturs Nikiforenko olacaq.

Qeyd edək ki, əvvəlki günlərdə Mehman Sadıqov (60 kq)və Hüseyn Rəhimli (73 kq) bürünc medal qazanıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43