Dünya futbolu

Daha bir futbolçu milliyə vəda etdi

Almaniya millisinin və “Mançester Yunayted”in yarımmüdafiəçisi Bastian Şvaynştayger yığmadakı karyerasını başa vurub. 

İdmanxeber.com-un məlumatına görə, bu barədə 31 yaşlı futbolçu “tvitter” sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb. 

“Almaniya millisinin əziz azarkeşləri. Mən baş məşqçi Yoahim Lövdən məni daha yığmaya çağırmamasını xahiş etdim. Çünki yığmadakı karyeramı başa vurmaq istədim. Azarkeşlərə, komandaya, Almaniya Futbol Federasiyasına və məşqçilər korpusuna təşəkkür edirəm”. 

Qeyd edək ki, 2004-cü ildən Almaniya millisində oynayan Şvaynştayger keçirdiyi 120 oyunda 24 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43