İdman

DÇ-2018-in qalibinin qazanacağı məbləğ bəlli oldu

2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının mükafat fondu açıqlanıb.

İdmanxeber.com-un FIFA-nın saytına istinadən yaydığı xəbərə görə, dünyanın ali futbol qurumunun Şurasının Hindistanın Kəlküttədə şəhərində təşkil edilən iclasında mükafat fondunun 400 milyon dollar olması təsdiqlənib. 

Qeyd edək ki, DÇ-2014-ün mükafat fondu 358 milyon dollar olub. Mundialın qalibi Almaniya 35 milyon, finalçı Argentina 25 milyon, bürünc mükafatçı Hollandiya isə 22 milyon dollar əldə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43