Milli komanda

“DÇ-2018”: Millimizin hansı səbətdə yer alacağı dəqiqləşdi

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonası üzrə püşkü iyulun 25-də atılacaq.

İdmanxeber.com-un məlumatına görə, püşkdə iştirak edəcək 52 yığmanın yer alacağı səbətlər müəyyənləşib.Səbətlərin tərkibi FİFA-nın yeni reytinq siyahısını açıqlamasından sonra dəqiqləşib.

1-ci səbət: Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya

2-ci səbət: Slovakiya, Avstriya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina

3-cü səbət: Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan

4-cü səbət: Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya

5-ci səbət: Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, AZƏRBAYCAN, Litva, Moldova

6-cı səbət: Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43