Dünyadan

“El Klasiko” öncəsi gərginlik: Pikeni Madriddə gözləyən donuz başı (FOTO)

Bütün dünyanın səbirslizliklə gözlədiyi “El Klasiko”ya “Real” azarkeşləri xüsusi hazırlaşır.

İdmanxeber.com-un məlumatına görə, “Barselona”nın futbolçusu Pikenin yayda “Real”ı təhqir etməsi və bir neçə gün bundan öncə İspaniya himni çalınarkən Kataloniya azarkeşlərinin fitə basmasını dəstəkləyən müdafiəçinin bu hərəkəti Madrid fanatlarını yaman əsəbləşdirib. Məhz buna görə də, yerli azarkeşlər noyabrın 21-də keçiriləcək derbidə Pikenin üzərinə kəsilmiş donuz başı atacaqları idda olunur.

Qeyd edək ki, eyni hərəkəti “Barselona” fanatları Luis Fiqo üçün “Real”a transfer olunanda etmişdilər.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43