Kateqoriyasız

Elbrus Məmmədov: “Əsas ümidimiz həmin oyunlaradı”

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 32-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib.

İdmanxeber.com-un məlumatına görə, cənub klubunun çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“İkinci hissəyə səhvlə başladıq. Nəticədə, qapımızda qol gördük. Buraxılan qolun əvəzini çıxmağa çalışsaq da, bacarmadıq. Rəqibi təbrik edirəm. Onlara uğurlar arzulayıram. Qarşıda bizi “Kəpəz” və “Sumqayıt”la ev oyunları gözləyir. Əsas ümidimiz həmin oyunlaradı. Yaxşı çıxış edib, Premyer Liqadakı yerimizi qorumağa çalışacağıq”. (CBC)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43