İdman

Ermənistan futbol federasiyasının prezidenti: “Qarabağ” kimi ÇL-nın qrupuna düşmək şansımız yoxdu”

Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyana Azərbaycan futbolu ilə bağlı sual ünvanlanıb.

İdmanxeber.com-un “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, mətbuat konfransı zamanı qurum rəhbərinə “Nəyə görə Azərbaycan klubları Çempionlar Liqasında qrup mərhələsinə düşür, ancaq Ermənistan klubları yox?” sualı ünvanlanıb. Ayrapetyanın verilən suala cavabı isə belə olub: “Yaxın zamanda Ermənistan klublarından ÇL-nın qrupuna düşmək şansı yoxdu. Səbəb isə sadədi. ÇI-in qrupunda oynamaq üçün külli-miqdarda pul lazımdı ki, bu da bizdə yoxdur. Azərbaycanlı iş adamları futbolu bizim biznesmenlərdən çox sevirlər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43