Dünya futbolu

“Fənərbağça” braziliyalıdan qurtulur

Gələn mövsüm üçün heyətdə düşünülməyən Dieqo Ribas komandadan ayrıla bilər.

İdmanxeber.com-un məlumatına görə, braziliyalı futbolçuya ABŞ-ın MLS Liqasından elçi düşüblər.

“Mayami” klubu 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Türkiyədə illik 3 milyon avro qazanan “sambaçı”ya “Mayami”dən 2 milyon avro təklif edildiyi iddia olunur.

Dieqo Ribas “Fənərbağça”da 45 oyunda 3 qol və 6 asistlə yadda qalıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43