İdman

“Fənərbağça”nın yeni baş məşqçisi bilindi

“Fənərbağça” klubunun yeni baş məşqçisi bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, PSV-dən ayrılan Filipp Koku İstanbul təmsilçisini çalışdıracaq. 

48 yaşlı mütəxəssis yaxın günlərdə Türkiyəyə gedəcək və rəsmi müqaviləyə imza ataacaq.

Qeyd edək ki, “Fənərbaxça” bu ay baş məşqçisi Aykut Kocamanla yolları ayırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43