Kateqoriyasız

“Fənərbaxça”da 5 ciddi itki – bugünkü matçda oynamayacaqlar

Türkiyə Superliqasının X turu çərçivəsində bu gün səfərdə “Osmanlıspor”la qarşılaşacaq “Fənərbaxça” bu oyuna ciddi itkilərlə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, “sarı lacivərdlilər”də Nani, Canər Erkin, Abdulaye Ba, Volkan Şen və Kadleç matçın iştirak ərizəsinə salınmayıb.

Sözügedən futbolçular zədə səbəbindən bugünkü oyunu buraxmalı olacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43