Kateqoriyasız

FIFA iki dünya çempionatını ləğv etdi

2021-ci ildə 17 və 20 yaşadək futbolçular arasında keçirilməli olan dünya çempionatları baş tutmayacaq.

Bu barədə FIFA-nın saytı məlumat yayıb. Ali futbol qurumu koronavirus səbəbindən belə qərar verib

Turnirlər müvafiq olaraq, Peru və İndoneziyada keçirilməli idi. Yeni qərara əsasən, hər iki ölkə əvvəlcədən planlaşdırılan dünya çempionatlarına 2023-cü ildə ev sahibliyi edə biləcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43