Dünya futbolu

FİFA ilk dəfə pul mükafatı verəcək

Qadınlar arasında dünya çempionatının iştirakçıları ilk dəfə FİFA-dan bonus ödənişləri alacaqlar.

İdmanxeber.az-ın məlumatına görə, qurum rəhbərliyi qrup mərhələsində iştirak üçün bütün idmançıların 30 min dollar alacağına zəmanət verilir. 1/8 finalda 60 min, 1/4 finalda isə 90 min məbləğində mükafat nəzərdə tutulub.

4-cü yeri tutacaq millinin oyunçuları 165 min, 3-cü yer 180 min alacaq. Finalda uduzan komandanın oyunçularının hər birinə 195 min, turnirin qaliblərinə isə 270 min ödəniləcək.

Qeyd olunur ki, mükafatların məbləği əksər hallarda klublardakı idmançıların maaşını üstələyir.

Qadınlar arasında dünya çempionatı iyulun 20-dən avqustun 20-dək Avstraliya və Yeni Zelandiyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43