Ölkə futbolu

Foqts: “Bu amillər futbolçular üçün zəif oyunun bəhanəsi olmamalıdır”

Tallinn şəhərində Estoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun qarşılaşma ərəfəsində təşkil olunmuş mətbuat konfransında səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:

“Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Estoniya yığmasının oyununa baxmışam. Çox yaxşı təsir bağışladılar. Türkiyə millisi ilə oyunlarını da izləmişəm. Sonadək mübarizə aparıblar.

Rəşad Sadıqov, Rəşad Sadiqov və Əfran İsmayılovun yoxluğu, Kamran Ağayevin olmaması özünü göstərə bilər. Yaxşı oyun göstərməyə çalışacağıq. Yaxşı komandamız var. Dəvət etdiyim futbolçulara inanıram. Ağıllı oynamalıyıq. Fikrimcə, bizi maraqlı oyun gözləyir.

Havanın soyuqluğu, uyğunlaşmaq məsələsi, ümumiyyətlə, müzakirə mövzusu deyil. Bu amillər futbolçular üçün zəif oyunun bəhanəsi olmamalıdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43