Dünya futbolu

Giqqz seçmə mərhələdən danışdı – Azərbaycana şans vermədi

Uelsin baş məşqçisi Rayn Giqqz AÇ-2020-nin seçmə mərhələsinin millimizin də yer aldığı qrupdakı şansları barədə danışıb. O, Slovakiyaya qarşı matçın onlar üçün çox vacib olduğunu vurğulayıb:

“Qrupun favoriti Xorvatiyadır. İkincilik üçün əsas rəqibimiz Slovakiyadır. Onların baş məşqçisi yeni olsa da, istedadlı futbolçuları var. Xüsusilə də Marek Hamşiki qeyd edərdim. O, “Napoli”də Maradonanın rekordunu yeniləyib. Slovakiya ilə ilk oyun bizim üçün çox önəmlidi”.

Uels yığması Slovakiya ilə martın 24-də evdə qarşılaşacaq. Britaniyalılar Sentyabrın 6-da yığmamızı qəbul edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43