Kateqoriyasız

Həmyerlimiz oynadı, komandası məğlub oldu

Litva çempionatında növbəti turun oyunları keçirilir.

Azərbaycanlı futbolçu İlqar Nəbiyevin şərəfini qoruduğu “Tauras” səfərdə “Suduva”nın qonağı olub. Əsas heyətdə meydana çıxan Nəbiyev ikinci hissənin əvvəlində əvəzlənib. Matrç isə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 2:1.

Qeyd edək ki, 6 xala malik “Tauras” 8-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43