Dünyadan

Hiquain zədələndi, pizza qiymətləri düşdü

“Napoli”dən “Yuventus”a transfer olduğu üçün “xain” elan edilən Qonzalo Hiquainin zədələnməsi, “Napoli”də bayram havası yaradıb.

İdmanxeber.com-un məlumatına görə, “Napoli”dən yay transfer pəncərəsində klub tarixinin ən bahalı oyunçusu kimi “Yuventus”a transfer olan Qonzalo Hiquainin zədələnməsi “Yuventus” azarkeşlərini düşüncələrə qərq edib.

Ancaq “Napoli”də isə bu vəziyyət, sözün əsl mənasında bayram təsiri yaradıb. Hətta bu olay, pizza qiymətlərinə də müsbət tərəfdən təsir edib.

“Napoli”də bir pizza restoranlar şəbəkəsinin sahibi açıqlamasında, “O xainin zədələnməsini qeyd edirik. Bu səbəbdən qarşıdakı 48 saat boyunca Marqarita pizzalarımız sadəcə 0,99 avro olacaq”, – deyə bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43