Kateqoriyasız

İlham Əliyevə “Liderlik Mükafatı” təqdim edildi

 

Prezident İlham Əliyevə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı” təqdim olunub.

İdmanxeber.az-ın məlumatına görə, mükafatı Prezident İlham Əliyevə Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan təqdim edib.

Məlumata görə, Bilal Ərdoğan etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində “Liderlik Mükafatı”nı Prezident İlham Əliyevə təqdim edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43