Dünyadan

İlkay Gündoğan: “Liverpul”u “Dortmund”a bənzədirəm

"Mançester Siti"nin türk əslli alman futbolçusu İlkay Gündoğan, "Borussiya Dortmund"da baş məşqçisi olan Yurgen Klopp ilə bağlı açıqlamalar verib.

İdmanxeber.com-un məlumatına görə "Liverpul"u "Borussiya Dortmund"a bənzədən İlkay, ''Klopp ilə birlikdə Liverpulun yeni quruluşu, mənə Borussiya Dortmundu xatırladır. Oyun tərzi, futbolçuların sahib olduğu xüsusiyyətlər və daha çox şeylər, Dortmunda bənzəyir'', – deyə bildirib.

Yurgen Kloppun "Liverpul"da müvəffəqiyyətli olacağına inandığını ifadə edən futbolçu, ''Klopp, Liverpulda son dərəcə uğurlu baş məşqçi olacaq. Liverpulun çempionluq üçün şansı çoxdur. Çünki Avropada yarışmırlar və bütün diqqətii liqaya yönəldiblər'', deyərək əzəli rəqiblərini çempionluqda bir addım öndə gördüyünü ifadə edib.

Sonda isə İlkay Gündoğan Klopp ilə Qvardiolanı müqayisə edib: ''İkisi də fərqli insanlardır. İkisinin də fərqli tərzləri var. Qvardiola oyunu nəzarət altına almağı xoşlayan biridir. Klopp isə xüsusilə hücumdan qayıdan toplar üzərində çalışır. İkisi də fərqli xüsusiyyətlərə sahibdir. Mən Tuhel daxil üçünü də sevirəm və üçü ilə də yaxşı münasibətlərim var''.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43