Dünyadan

İngiltərə Premyer Liqasının ən yaxşıları bəlli olub

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi və futbolçusunun adı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, bu ada “Çelsi”nin çalışdırıcısı Antonio Konte və onun futbolçusu Eden Hazard layiq görülüb.

İtaliyalı baş məşqçinin rəhbərliyi ilə London təmsilçisi ötən ay ardıcıl 4 oyunda qalib gəlib və bu görüşlərin heç birində qapısında qol görməyib.

Belçikalı yarımmüfadiəçi Hazard isə bu mükafatı qazanaraq, Flip Koutinyo, Diyeqo Kosta və İlkay Gündoğan kimi futbolçuları geridə qoyub.

Qeyd edək ki, 25 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Çelsi” lider “Liverpul”dan 1 xal geri qalır.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43